Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyaya Berlinin Avropada sabitləşdirici qüvvə olduğunu və təhdidlərə boyun əyməyəcəyini bildirib.
1xeber.media xəbər verir ki, Vadeful Almaniyanın Moskva ilə dialoqa hər zaman hazır olduğunu, lakin ölkəsinin heç bir təzyiqlə qorxudula bilməyəcəyini vurğulayıb.
Nazirin sözlərinə görə, Berlin Leypsiq hava limanındakı PUA insidenti ilə bağlı həddindən artıq reaksiya verməyəcək, lakin hücum olacağı təqdirdə cavab verəcək.