Вернуться назад Распечатать

Zelenski Rusiyanın hava məkanını “bağlamaqla” hədələdi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın üzərindən uçuş həyata keçirən beynəlxalq aviaşirkətlərə müraciət edərək pilotsuz uçuş aparatları səbəbindən bu marşrutlardan imtina etməyə çağırıb.

1xeber.media xəbər verir ki, Zelenski Rusiyanın hava məkanının “tamamilə təhlükəli” vəziyyətə düşdüyünü bildirib.

Onun sözlərinə görə, bu barədə Kiyev və Moskvada fəaliyyət göstərən ölkələrin səfirləri də məlumatlandırılmalıdır. Zelenski qeyd edib ki, Ukraynanın Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlar Rusiya hava məkanındakı təhlükələr barədə beynəlxalq təşkilatlara ətraflı məlumat təqdim edəcəklər.

“Rusiya üzərində hava məkanı de-fakto bağlanacaq”, – deyə Zelenski bildirib.

Daha əvvəl Ukrayna lideri sentyabr ayının Rusiya ilə münaqişənin həlli məsələsində ciddi dəyişikliklərə səbəb ola biləcəyini açıqlamışdı.