Вернуться назад Распечатать

Putin Gümridəki bazanın çıxarılmasına hazır olduğunu açıqladı

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən mətbuat konfransında Rusiyanın Ermənistandakı Gümri hərbi bazasını çıxarmağa hazır olduğunu bildirib.

1xeber.media xəbər verir ki, Putin Rusiyanın müttəfiqlərinə hərbi mövcudluğunu heç vaxt zorla qəbul etdirmədiyini deyib.

“Əgər Ermənistan Rusiya bazasına ehtiyac olmadığını düşünürsə, biz sabah belə çıxarıq. Amma Ermənistan buna hazırdırmı? Biz heç kimə heç nə tətbiq etmirik”, – deyə Putin bildirib.

Rusiya lideri həmçinin vurğulayıb ki, Moskva müttəfiqlərinin suveren hüququna və müstəqil seçimlərinə hörmətlə yanaşır. Onun sözlərinə görə, xarici hərbi bazaların yerləşdirilməsi məsələsi qarşılıqlı razılıq əsasında həll olunur.

Putinin bu açıqlaması Ermənistanda Rusiya hərbi kontingentinin gələcək statusu ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səslənib.

Qeyd edək ki, Rusiya Prezidenti daha əvvəl ŞƏT sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə ölkənin gələcək istiqaməti ilə bağlı məsələlərin müzakirəsini təklif edib.