Samvel Qriqoryan Ermənistanın 3-cü Ordu Korpusunun komandiri təyin edilib.
1xeber.media xəbər verir ki, müvafiq fərmanı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Təyinat Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın təklifi ilə həyata keçirilib.
Qeyd edək ki, Qriqoryan 2023-cü ildə Qarabağdan Ermənistana köçüb və Müdafiə Nazirliyində işləməyə başlayıb, lakin üç ildən çox müddət ərzində ona idarə rəisinin müavini vəzifəsindən yüksək vəzifə təklif edilməyib. Bu, Qriqoryanın mövcud hakimiyyətə sadiq hərbçi hesab edilməməsi ilə bağlı ola bilər.
Qriqoryanın təyinatı Silahlı Qüvvələrdə kadr problemləri fonunda baş tutub.
Müdafiə Nazirliyinin rəhbərliyi əvvəllər xidmətini davam etdirmək imkanı verilməyən separatçı rejimin tərkibində xidmət etmiş zabitləri sistemə qaytarmağa çalışır.
Qriqoryan separatçı rejim daxilində hərbi hissə komandiri və diviziya komandirinin müavini olub, 2020-ci il müharibəsindən sonra isə Müdafiə Ordusunun Qərargah rəisi olub.