Вернуться назад Распечатать

Goranboyda baş vermiş hadisə ilə bağlı operativ iclas keçirilib

Goranboy rayonunun Nizami kəndi ərazisində baş vermiş hadisə ilə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının operativ iclası keçirilib.

1xeber.media  xəbər verir ki, iclasda əhalinin təhlükəsizliyinin təmin edilməsi, sakinlərin yaşayış ünvanlarına təhlükəsiz şəkildə qaytarılması, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və görüləcək təxirəsalınmaz tədbirlər geniş müzakirə olunub.

Hadisə baş verən andan etibarən bütün aidiyyəti dövlət qurumları operativ şəkildə hadisə yerinə cəlb olunub,  vəziyyət  nəzarətə götürülüb. Həmçinin hadisənin bütün mərhələləri barədə Azərbaycan Respublikasının Adminstrasiyası, Azərbaycan Respublikasının Baş Naziri və Fövqəladə Hallar Nazirinə mütəmadi məlumat verilmiş, aidiyyəti dövlət qurumları ilə sıx koordinasiya şəraitində fəaliyyət göstəriib. 

İclasda vurğulanıb ki, vətəndaşların təhlükəsizliyi hər zaman əsas prioritetdir və bu istiqamətdə bütün zəruri tədbirlər görülüb.  Risklərin tam qiymətləndirilməsindən, təhlükəsizliklə bağlı müvafiq qurumların və Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra sakinlərin saat 18:30-dan etibarən yaşayış ünvanlarına mərhələli şəkildə qayıtmaları təmin ediləcəkdir.

Aidiatlı qurumların rəhbərlərinə əhalinin təhlükəsizliyinin tam təmin olunması, vətəndaşların yaşayış yerlərinə təhlükəsiz qayıdışının operativ şəkildə təşkil edilməsi, ərazidə nəzarət tədbirlərinin davam etdirilməsi və bütün məsələlərin koordinasiyalı qaydada icra olunması ilə bağlı konkret tapşırıqlar verilib. Baş vermiş hadisə nəticəsində insan tələfatı və xəsarət alan olmayıb.