1xeber.media xəbər verir ki, Niderland Mərkəzi Bankı 2026-cı ilin mart-avqust aylarında ABŞ və Kanadada saxlanılan təxminən 313 ton qızılın 86 tonunu Londona köçürüb.
Qərarın geosiyasi gərginliyin artması, qızıl ehtiyatlarının likvidliyinin yüksəldilməsi və böhranlara hazırlığın gücləndirilməsi ilə bağlı olduğu bildirilib.
Əməliyyat nəticəsində Niderlandın Londonda saxlanılan qızıl ehtiyatlarının payı 32,1 faizə çatıb. Bank qeyd edib ki, Nyu-York və Ottavada saxlanılan qızıl fövqəladə vəziyyətlərdə İngiltərə Bankına etibar edilən ehtiyatlar qədər sürətli və birbaşa istifadə oluna bilməz.
Niderland ABŞ-dan qızıl ehtiyatlarını çıxaran ilk Avropa ölkəsi deyil. Fransa da mart ayında ABŞ-da saxladığı qızıl ehtiyatlarının təxminən 5 faizini ölkədən çıxarıb.