1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatın (SVO) nə vaxt başa çatacağı ilə bağlı konkret proqnoz verməkdən çəkinib.
Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin yekunlarına dair mətbuat konfransında bildirib ki, müharibə amansız və proqnozlaşdırılması çətin prosesdir.
Rusiya lideri bununla belə, ölkəsinin uğur qazanacağına əminliyini ifadə edib və qarşı tərəfin “dağılacağını” söyləyib.
Putin daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya hava məkanında uçuş həyata keçirən beynəlxalq aviaşirkətlərə yönəltdiyi təhdidlərə də münasibət bildirib.