Вернуться назад Распечатать

Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir

1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olduğunu bildirib.

Tramp qeyd edib ki, Vaşinqton həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlər qurmaq istəyir. Onun sözlərinə görə, Rusiya ilə münasibətlərin yaxşılaşması biznes üçün də sərfəli ola bilər.

ABŞ lideri daha əvvəl Vladimir Putinlə görüşmək istədiyini və belə bir görüşün Ukraynadakı münaqişə başa çatmağa yaxınlaşdıqda keçirilə biləcəyini bildirmişdi.