1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada insanların küçələrdən zorla səfərbər edilməsi ilə bağlı videolardan xəbərdar olduğunu bildirib.
Tramp Ağ Evdə çıxışı zamanı Ukraynada hərbi xidmətə cəlb edilmək üçün insanların küçələrdən zorla aparılması görüntülərini görüb-görmədiyi barədə suala cavab olaraq belə videolar haqqında çox eşitdiyini deyib.