Вернуться назад Распечатать

Türkiyə Qara dənizdə dronları məhv edib

1xeber.media xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə bir neçə pilotsuz uçuş aparatı və dəniz kamikadze dronunun aşkar edilərək zərərsizləşdirildiyini açıqlayıb.

Məlumata görə, dronlar Karadəniz Ereğli, Sakarya-Karasu, Karaburun burnu, Bosforun girişindəki Tür­kəli lövbər sahəsi və İstanbulun Çatalca rayonunun yaxınlığında aşkar edilib.

Nazirlik bildirib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri və aviasiyası mümkün təhdidlərin qarşısını almaq məqsədilə ərazidə sutka ərzində kəşfiyyat aparır.