Вернуться назад Распечатать

Böyrəyini satmaq istədi, 6 min manat cərimələndi

1xeber.media xəbər verir ki, Azərbaycanda böyrəyini satmaq istəyən şəxs 6 min manat məbləğində cərimələnib. Bununla bağlı Xətai Rayon Məhkəməsi qərar çıxarıb.

Məhkəmənin qərarına əsasən, şəxs böyrəyini pul qarşılığında satmaq niyyətinə görə məsuliyyətə cəlb edilib və 6 min manat cərimə olunub.

Məlumata görə, həmin əməl üzrə qanunvericilikdə 6 min manatdan 9 min manatadək cərimə, həmçinin digər cəza növləri nəzərdə tutulur.