Вернуться назад Распечатать

İran ABŞ bazasında əsas obyekti vurdu

1xeber.media xəbər verir ki, İran Küveytdə yerləşən ABŞ hərbi bazasında “əsas obyekt”i vurduğunu açıqlayıb. Məlumatı İranın Press TV telekanalı yayıb.

İddialara görə, bazaya raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib və bundan sonra ərazidə tüstü buludları müşahidə olunub.

Hazırda zərbə nəticəsində ölən və ya yaralananların, eləcə də bazaya dəymiş ziyanın olub-olmaması barədə rəsmi məlumat yoxdur. ABŞ hərbi komandanlığı isə məlumatı təsdiqləməyib.

Məlumatların yayılmasına görə, İranın ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə raket və PUA hücumları son günlərdə qarşıdurmanın yenidən kəskinləşməsi fonunda baş verib.