1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun (ŞİF-2026) çərçivəsində İndoneziya Prezidenti Prabovo Subianto ilə görüşüb.
Bu, iki liderin 2026-cı ildə artıq ikinci görüşüdür. Tərəflər Rusiya ilə İndoneziya arasında iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafını müzakirə ediblər.
Görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artması, turizm və təhsil sahələrində əlaqələrin genişləndirilməsi məsələləri də gündəmə gəlib.
Putin İndoneziyanı Rusiyanın Cənub-Şərqi Asiyadakı əsas tərəfdaşlarından biri adlandırıb.