Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
1xeber.media xəbər verir ki, sentyabrın 3-də ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi də 0,0352 manat səviyyəsində qalıb.
100 Rusiya rublu 1,9551 manatadək ucuzlaşıb. Avronun məzənnəsi isə 1,9680 manat təşkil edib.