Вернуться назад Распечатать

Windows 11 istifadəçilərinə şad xəbər: restart azalacaq

Microsoft Windows 11-də yeniləmələrin quraşdırılması qaydasını dəyişib. Artıq kompüterin yeniləmələr səbəbindən daha az restart olunması nəzərdə tutulur.

1xeber.media xəbər verir ki, şirkət sürücü, .NET və firmware yeniləmələrini aylıq təhlükəsizlik yeniləmələri ilə birləşdirir. Beləliklə, bu yeniləmələr üçün ayrıca restart tələb olunmayacaq.

Dəyişiklik Windows 11-in 24H2, 25H2 və 26H1 versiyalarına şamil edilir. Yenidən başladılma tələb edən yeniləmələr növbəti aylıq təhlükəsizlik paketinə qədər gözləyəcək və birlikdə quraşdırılacaq.

İstifadəçi istəsə, planlaşdırılan vaxtı gözləmədən kompüteri özü restart edə bilər. Bundan başqa, yeniləmələri 35 günədək dayandırmaq imkanı da təqdim olunur.

Microsoft bildirir ki, bəzi təcili təhlükəsizlik yeniləmələri və kritik sürücü yeniləmələri əvvəlki kimi dərhal quraşdırılacaq.