Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlanıb.
1xeber.media DİN-ə istinadən xəbər verir ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev saxlanılıblar. Onlardan 3 kiloqram narkotik vasitə aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.