Rusiya sentyabrın 8-10-da Misirdə keçiriləcək “El Alamein International Airshow 2026” sərgisində Su-57 qırıcısından buraxılan az görünən pilotsuz uçuş aparatlarını ilk dəfə nümayiş etdirəcək.
1xeber.media xəbər verir ki, bu barədə “Rostex” məlumat yayıb. Sərgi Əl-Əlameyn şəhərinin beynəlxalq hava limanının ərazisində keçiriləcək.
Məlumata görə, yeni PUA-lar radar üçün aşağı görünmə səviyyəsi, uzun uçuş məsafəsi və yüksək sürətlə xarakterizə olunur. Aparatların müxtəlif tipli qanadlarla təchiz edildiyi bildirilir.
“Rostex” qeyd edib ki, yeniliklər Misirdə keçiriləcək dünya premyerası çərçivəsində Rusiyanın beşinci nəsil Su-57E qırıcısı ilə birlikdə təqdim olunacaq.