Вернуться назад Распечатать

Qərbə sərt ittiham: “BMT Nizamnaməsi restoran menyusu deyil!”

1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və Kiyev rejiminin cinayətləri məsələləri üzrə nümayəndəsi Rodion Miröşnik Qərb ölkələrini beynəlxalq hüquqa seçici yanaşmaqda ittiham edib.

Miroşnik RT-yə açıqlamasında bəzi Qərb dövlətlərinin BMT Nizamnaməsinə öz maraqlarına uyğun şəkildə yanaşdığını bildirib. Onun sözlərinə görə, beynəlxalq platformalar münaqişələrin həlli üçün nəzərdə tutulsa da, hazırda təzyiq və təbliğat vasitəsinə çevrilib.

Diplomat iddia edib ki, bəzi Qərb ölkələri beynəlxalq hüquq və sazişlərin tətbiqi üçün yeni qaydalar formalaşdırmağa çalışır. O bildirib ki, BMT Nizamnaməsinin müddəaları qarşıya qoyulan məqsəddən asılı olaraq seçilərək şərh edilir.

“Bu gün BMT Nizamnaməsi yalnız menyu kimi oxunur: bunu istəyirəm, bunu istəmirəm, bunu isə büküb verin. Beynəlxalq sənədlərə belə yanaşmaq olmaz, çünki biz restoranda deyilik”, – Miroşnik deyib.

O əlavə edib ki, belə yanaşma Rusiyanın mövqeyinə görə qəbuledilməzdir.

Miroşnik daha əvvəl BMT-nin Kiyevin törətdiyi iddia olunan cinayətlərin şahidlərinin iclaslarda iştirakına imkan vermədiyini də bildirmişdi. Onun sözlərinə görə, tibb işçilərinə hücumlar, cinsi zorakılıq və digər hallarla bağlı məlumat təqdim edə biləcək qeyri-hökumət və könüllü təşkilatların akkreditasiyası ciddi çətinliklərlə üzləşir.