Вернуться назад Распечатать

Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib

Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər.

1xeber.media xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu atəşkəs rejiminin sentyabrın 5-dən 8-dək qüvvədə olacağını təsdiqləyib.

"Rusiya Prezidenti Vladimir Putin bu gün gecə saat 12-dən başlayaraq üç gün ərzində Kiyevə zərbələr endirməmək barədə göstəriş verib", - D.Peskov qeyd edib.