Вернуться назад Распечатать

iPhone 18-in Bakıya ön sifariş qiyməti bəlli oldu — 8 999 manat...

Apple-ın yeni iPhone 18 Pro seriyasının Azərbaycanda hansı qiymətə satışa çıxarılacağı ilə bağlı məlumat yayılıb.

1xeber.media  xəbər verir ki, sosial şəbəkələrdə yayılan paylaşımda yeni modellər üçün ön sifariş qiymətləri göstərilib. Məlumata görə, iPhone 18 Pro Max-ın 256 GB yaddaşa malik versiyası 6 499 manata təklif olunacaq. 512 GB modelin qiyməti 6 999 manat, 1 TB versiyanın qiyməti 7 499 manat, 2 TB yaddaşa malik modelin qiyməti isə 8 999 manat olacaq.
iPhone 18 Pro üçün isə 256 GB versiyaya 6 199 manat, 512 GB versiyaya 6 699 manat, 1 TB versiyaya 7 499 manat, 2 TB versiyaya isə 8 699 manat qiymət müəyyənləşdirildiyi bildirilir.

Bununla belə, yayılan qiymətlərin rəsmi satış rəqəmləri olmadığı diqqətə çatdırılır. Hazırda sözügedən məbləğlər yalnız sosial mediada paylaşılmış ön sifariş məlumatına əsaslanır. iPhone 18 seriyasının Azərbaycanda rəsmi satışına başlanıldıqdan sonra qiymətlərin dəyişib-dəyişməyəcəyi məlum olacaq.Ajans.az