İsrailin Livanın Ərəb-Səlim yaşayış məntəqəsinə endirdiyi zərbə nəticəsində iki qadın ölüb, daha altı nəfər yaralanıb.
1xeber.media xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalının müxbiri Əli əl-Əhmər “İzvestiya”ya bildirib.
Onun sözlərinə görə, zərbə sübh çağı yaşayış evinə endirilib. Hücum nəticəsində bina dağılıb, iki qadın həyatını itirib, daha altı nəfər yaralanıb.
Müxbirin məlumatına görə, Kafr-Rummanda da yaşayış məhəlləsinə zərbə endirilib. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb, binalara ciddi ziyan dəyib.
Yerli sakinlərdən biri hücum zamanı evdə olduğunu bildirib. Onun sözlərinə görə, partlayış səsi eşitməyib, yalnız güclü işıq parıltısı hiss edib və evə nəyinsə düşdüyünü görüb. Qadın özü də yüngül xəsarət alıb.
Bundan başqa, İsrailin zərbələri Nabatiyyə şəhərinin Ər-Rəhbat məhəlləsinə də düşüb. Burada 1930-cu illərdə tikilmiş tarixi ev dağılıb.
Məlumata görə, davam edən qarşıdurmalar nəticəsində həmin ərazidə 50-dən çox tarixi ev məhv edilib.