
ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karnini “qubernator” adlandırıb.
1xeber.media xəbər verir ki, Tramp sentyabrın 7-də “Truth Social” hesabında Karni ilə xokkey oynadığı görüntünü paylaşıb.
Şəkildə Kanada Baş naziri buzun üzərində oturub, Tramp isə onun yanında dayanaraq “Qalx, qubernator” deyir.
Tramp bununla Karninin guya ABŞ ştatlarından birinin rəhbəri olduğunu nəzərdə tutub. ABŞ Prezidenti daha əvvəl də Kanadanın 51-ci ştat olması fikrini dəfələrlə səsləndirib.