Teleaparıcı İlham Mirzəyevin səhhəti ilə bağlı yeni məlumat açıqlanıb.
1xeber.media xəbər verir ki, Mərkəzi Klinikadan bildirilib ki, onun vəziyyəti ağır stabil olaraq qalır.
Məlumata görə, İlham Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı və kardiogen şok vəziyyətində xəstəxanaya yerləşdirilib. Ona angioplastika icra olunub və stent implantasiya edilib.
Hazırda teleaparıcının müalicəsi kardioreanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, İlham Mirzəyev daha əvvəl sosial şəbəkə hesabında paylaşım edərək yaxınlarından və izləyicilərindən onun üçün dua etmələrini xahiş edib.