Almaniyanın hakim Xristian Demokrat İttifaqı (XDİ) Saksoniya-Anhalt federal torpağında keçirilən seçkilərdə ağır məğlubiyyətə uğrayıb.
1xeber.media xəbər verir ki, Almaniya kansleri Fridrix Merz sentyabrın 7-də nəticələri partiya üçün “dramatik məğlubiyyət” və “dərin dönüş nöqtəsi” adlandırıb.
Merz bildirib ki, XDİ seçkilərdə “Almaniya üçün Alternativ” (AfD) partiyasının qarşısını almaq üçün bütün imkanlarından istifadə edib. Lakin onun sözlərinə görə, Almaniyanın siyasi sistemində “tektonik dəyişiklik” baş verib.
Kansler qeyd edib ki, seçkinin nəticələri XDİ-ni ciddi şəkildə sarsıdıb və bu vəziyyət həm onun, həm də hökumətin normal fəaliyyətinə təsir göstərir.