Вернуться назад Распечатать

Rusiyada yol qəzalarında 72 nəfər həyatını itirdi

Rusiyada sentyabrın ilk həftəsonu ərzində 637 yol-nəqliyyat hadisəsi baş verib.

1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 7-də Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.

Qəzalar nəticəsində 72 nəfər həyatını itirib, 807 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Həyatını itirənlərin 49-u sürücü və sərnişinlər olub.

Piyadaların iştirakı ilə 133 qəza qeydə alınıb. Bu hadisələrdə 23 nəfər həyatını itirib, 116 nəfər yaralanıb. Yaralananlar arasında 24 uşaq da var. Onlardan 15-i yolu bunun üçün nəzərdə tutulmayan yerlərdən keçərkən xəsarət alıb.

Piyadaların iştirakı ilə baş verən qəzalardan 41-i piyada keçidlərində, 92-si isə keçidlərdən kənarda qeydə alınıb.

Həftəsonu avtobusların iştirakı ilə 26 qəza da baş verib. Nəticədə bir nəfər həyatını itirib, 52 nəfər, o cümlədən 4 uşaq tibbi yardıma ehtiyac duyub. Bu qəzaların 16-sının avtobus sürücülərinin yol hərəkəti qaydalarını pozması nəticəsində baş verdiyi bildirilib.