Вернуться назад Распечатать

İran ABŞ-a sərt xəbərdarlıq etdi: yeni zərbə olarsa cavab veriləcək

İran ABŞ-ı yeni hücumlara qarşı xəbərdar edib və hər hansı yeni zərbənin daha sərt cavabla qarşılanacağını bildirib.

1xeber.media xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf ABŞ-ın İrana qarşı yeni hücumlarının Tehran tərəfindən daha sürətli və daha ağır cavabla qarşılanacağını deyib.

Qalibaf bildirib ki, ABŞ İrana məxsus obyektlərə zərbə endirəcəyi təqdirdə, bölgədəki ABŞ-la əlaqəli enerji infrastrukturu da risk altında olacaq.

İran rəsmisi həmçinin ölkəsinin Hörmüz boğazı ətrafında yeni məhdudlaşdırılmış zona elan etməyə hazırlaşdığını açıqlayıb. Tehran yeni gəmiçilik marşrutlarının da müəyyənləşdiriləcəyini bildirir.

Bu açıqlamalar ABŞ və İran arasında qarşılıqlı zərbələrin yenidən intensivləşdiyi bir vaxtda səslənib. Son qarşıdurmalar Hörmüz boğazından gəmi keçidlərinin kəskin azalmasına və neft qiymətlərinin yüksəlməsinə səbəb olub.