Вернуться назад Распечатать

Argentina Britaniya şirkətlərini məhkəməyə verir: Falkland adaları böhranı qızışdı

Argentina Xarici İşlər Nazirliyi mübahisəli Folklend (Malvin) adaları ətrafında neft yataqlarının işlənməsi ilə bağlı bir neçə şirkətə qarşı məhkəməyə müraciət etməyə hazırlaşır.

1xeber.media xəbər verir ki, Argentina prezidenti Xavyer Mileyin ofisinin yaydığı məlumata görə, xarici işlər, beynəlxalq ticarət və dini məsələlər naziri Pablo Kirno “Navitas Petroleum” və “Eco (Atlantic) Oil & Gas” da daxil olmaqla bir sıra şirkətlərə qarşı cinayət şikayəti təqdim edəcək.

Buenos-Ayres hesab edir ki, şirkətlər adaların statusu ilə bağlı Argentinanın razılığı olmadan Şimali Malvin (Folklend) hövzəsində karbohidrogenlərin kəşfiyyatı və hasilatına icazə alıblar.

Argentina hökumətinin mövqeyinə görə, bu fəaliyyət ölkə qanunvericiliyini poza bilər. Məhkəmə müraciətinin yalnız şirkətlərə deyil, onların səhmdarlarına qarşı da yönəldiləcəyi bildirilir.

Folklend adaları üzərində suverenlik məsələsi Argentina ilə Böyük Britaniya arasında uzun illərdir davam edən mübahisənin əsas mövzularından biridir.