1xeber.media xəbər verir ki, Böyük Britaniya, Almaniya və Fransa nümayəndələri Kiyevdə ABŞ nümayəndə heyətinin Ukrayna üzrə apardığı danışıqlara qoşulublar.
Bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat verib.
Onun sözlərinə görə, Avropa ölkələrinin milli təhlükəsizlik üzrə müşavirləri Ukrayna münaqişəsinin həlli istiqamətində atılacaq növbəti addımları müzakirə ediblər.
Uitkoff danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə edildiyini və əlavə üçtərəfli görüşlərin təşkili məsələsində də irəliləyiş olduğunu bildirib.
Qeyd edək ki, daha əvvəl “Financial Times” Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə səfərləri zamanı danışıqlara çox az yeni ideya gətirdiyini yazmışdı. Bildirilirdi ki, onların əsas məqsədi əvvəlki təkliflərin müzakirəsini yenidən gündəmə gətirmək olub.