1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın Ukrayna üzrə danışıqların Rusiya Dövlət Dumasına seçkilərindən sonra bərpa ediləcəyi ilə bağlı açıqlamalarını şərh edib.
Lavrov bildirib ki, ABŞ tərəfi gələcək diplomatik addımlarla bağlı heç bir açıqlama vermədiyi halda, Fransa yeni danışıqların seçkilərdən sonra başlayacağını bəyan edir.
“Bütün bunları Yelisey sarayının vicdanına buraxıram”, – deyə Lavrov bildirib. O, həmçinin Fransa tərəfinin telefon və digər danışıqların məzmununa münasibətdə daha əvvəl də “tam etik olmayan” davranışlar nümayiş etdirdiyini söyləyib.
Qeyd edək ki, Yelisey sarayından daha əvvəl ABŞ rəsmilərinin Rusiyanın sentyabrın 18-20-də keçiriləcək Dövlət Duması seçkilərindən sonra Ukrayna üzrə yeni danışıqlara hazır ola biləcəyi barədə məlumat verdiyi açıqlanmışdı.