Вернуться назад Распечатать

Zelenski ABŞ-dakı yeni səfir üçün namizədləri açıqladı

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin ABŞ-dakı səfiri vəzifəsinə namizədlərin artıq müəyyənləşdirildiyini bildirib.

Zelenski qeyd edib ki, bu məsələdə düzgün seçim etmək vacibdir. O, namizədlərin adlarını hələlik açıqlamayacağını deyib.

“ABŞ-da səfir bizə lazımdır. Patriot sistemlərinə ehtiyacımız var, bir çox şeyə ehtiyacımız var və səfir də lazımdır. Burada səhv etməmək çox vacibdir. Buna görə də namizədlər var”, – deyə Zelenski bildirib.

Ukrayna liderinin açıqlaması ABŞ-ın Kiyevlə Moskva arasında danışıqları canlandırmaq üçün diplomatik səyləri gücləndirdiyi bir vaxta təsadüf edir.