Вернуться назад Распечатать

Rusiya-Ermənistan arasında ticarət gərginliyi

1xeber.media xəbər verir ki, Ermənistan Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətləri ilə bağlı Avrasiya İqtisadi İttifaqına (Aİİ) şikayət edib.

Ermənistan İqtisadiyyat nazirinin müavini Tiqran Qasparyanın sözlərinə görə, müvəqqəti məhdudiyyətlər Ermənistanın bir sıra ərzaq məhsullarına tətbiq edilib. Bu isə Rusiya bazarından ciddi şəkildə asılı olan erməni ixracatçıların gəlirlərinə mənfi təsir göstərib.

Qasparyan bildirib ki, Ermənistan Aİİ-yə müraciət edərək Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin hüquqi əsaslarını izah etməsini istəyib.

Ermənistan rəsmisi ümid etdiyini bildirib ki, ticarət maneələri Aİİ çərçivəsində fəaliyyət göstərən mexanizmlər vasitəsilə aradan qaldırılacaq.