Вернуться назад Распечатать

Maskdan 2036-cı illə bağlı şok proqnoz

1xeber.media xəbər verir ki, texnologiya milyarderi İlon Mask süni intellekt və humanoid robotların yaxın 10 il ərzində dünya iqtisadiyyatını kökündən dəyişə biləcəyini bildirib.

“The Economist”ə müsahibəsində Maskın sözlərinə görə, 2036-cı ilə qədər AI və robotlar insanların ehtiyac duyduğu mal və xidmətləri kütləvi şəkildə istehsal edə biləcək.

Milyarderin ən diqqətçəkən proqnozu isə pul və iş anlayışının gələcəkdə əhəmiyyətini itirə biləcəyi ilə bağlıdır.

Mask hesab edir ki, süni intellekt proqramlaşdırma, maliyyə, hüquq, mühəndislik və digər intellektual sahələrdə insanların gördüyü işlərin böyük hissəsini üzərinə götürəcək. Humanoid robotlar isə istehsalat, logistika və texniki xidmət kimi fiziki əməyin əsas hissəsini əvəz edə bilər.

Onun ssenarisinə görə, belə bir şəraitdə işləmək insanların dolanışığı üçün zəruri tələb olmayacaq. İnsanlar işləməyi daha çox şəxsi seçim, maraq və ya hobbi kimi qəbul edə bilərlər.

Maskın ən iddialı fikri isə belə olub: “2036-cı ildə pulun heç bir əhəmiyyəti qalmayacaq”.