Вернуться назад Распечатать

Rusiya "oğru" Bəxtiyarı Azərbaycana deportasiya etdi

Sevastopol təhlükəsizlik qüvvələri Azərbaycandan olan şəxslər tərəfindən yaradılan etnik cinayətkar qrupun üzvü olan Azərbaycan vətəndaşını müəyyən edib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Təqsirləndirilən şəxs - Əliyev Bəxtiyar Xalıq oğlu sözdə "oğru" ideologiyasına sadiq qalıb, "AUE" ekstremist təşkilatının fəaliyyətini paylaşıb və təbliğ edib, "qanuni oğrular"la əlaqələr saxlayıb.

Bu ilin mart ayında təqsirləndirilən şəxs saxlanılaraq Rusiya İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunub və avqustun sonunda Rusiyaya girişinə qadağa qoyularaq deportasiya edilib.