1xeber.media xəbər verir ki, Türkiyə parlamenti dondurulmuş investisiya fondlarının ləğvi və investorların vəsaitlərinin qaytarılması ilə bağlı yeni qanun qəbul edib.
Qərar təxminən 390 min investorun vəsaitlərinin geri qaytarılması prosesini tənzimləyəcək.
Qanun çərçivəsində müəyyən şərtlərlə ilkin ödənişlərin 1 milyon lirəyədək olması və məbləğlərin inflyasiya nəzərə alınmaqla hesablanması nəzərdə tutulur.
Bununla belə, daha böyük məbləğ yatıran investorların pullarının nə qədərini və nə vaxt geri alacağı hələ də aydın deyil.