
Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə tələbə etirazları zamanı polis gözyaşardıcı qazdan, su şırnaqlarından və rezin güllələrdən istifadə edib.
1xeber.media xəbər verir ki, nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Bəzi etirazçıların polisə daş atdığı və binanın girişində yanğın törətdiyi bildirilir. Hadisələr ölkədə siyasi narazılıqların gərginləşdiyini göstərir.