Вернуться назад Распечатать

Oktay Saral vəzifədən uzaqlaşdırılıb? - Arzuman Abdulkərimovdan sensasiyalı açıqlama

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın vəzifədən uzaqlaşdırıldığı iddia olunur.

1xeber.media Yenicag.az-a istinadla xəbər verir ki, bu barədə “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, siyasətçi Arzuman Abdulkərimov bildirib.

“Mənə verilən bilgiyə görə, Oqtay Saral vəzifəsindən uzaqlaşdırılıb. Yaxın zamanlarda bununla bağlı açıqlama veriləcək”, – o qeyd edib.

Xatırladaq ki, Saralın Azərbaycanı hədəfə alan açıqlamaları ölkəmizdə sərt etiraz doğurmuşdu. YAP və Milli Məclis Saralın məsuliyyətsiz açıqlamasına qarşı bəyanatla çıxış etmişdilər.