1xeber.media xəbər verir ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksəkvəzifəli nümayəndələrinin Tehranda İran rəsmiləri ilə görüşməsi planlaşdırılır.
Danışıqlarda regional təhlükəsizlik və gərginliyin azaldılması məsələlərinin müzakirəsi gözlənilir.
Görüşdə Səudiyyə Ərəbistanını müdafiə naziri Xalid bin Salman, Pakistanı ordu rəhbəri Asim Munir, Türkiyəni isə kəşfiyyat rəhbəri İbrahim Kalın təmsil edəcək.
Bu təmasın regionda artan hərbi qarşıdurma fonunda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.