Вернуться назад Распечатать

Bakıda ölümlə nəticələnən kütləvi davada vəfat edən Ceyhun Mirağayev dəfn edildi

 Bakının Xətai rayonunda yerləşən “Ab Hava” restoranında baş verən və ölkə gündəmini sarsıdan kütləvi davada qətlə yetirilən, kriminal aləmdə “Ceyhun Sabunçu” kimi tanınan Ceyhun Mirağayev son mənzilə yola salınıb.
Mərhumun yaxınlarının iştirakı ilə keçirilən dəfn mərasimindən sonra onun cənazəsi torpağa tapşırılıb. Qeyd edək ki, qətlə yetirilən C.Mirağayevin iki övladı var və onun oğlu Əli Mirağayev tanınmış MMA idmançısıdır.
1xeber.media xatırladır ki,hadisə oktyabrın 23-də gecə saatlarında Əhmədli qəsəbəsində, qeyd olunan restoranda baş verib. Kütləvi dava zamanı odlu silahdan açılan atəş nəticəsində Ceyhun Mirağayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının və Dövlət Təhlükəsizliyi 
Xidmətinin (DTX) keçirdiyi birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə və hadisədə iştirak etməkdə şübhəli bilinən şəxslər qısa müddətdə saxlanılıb.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər, o cümlədən AMİP sədri, deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.