Azərbaycan Pambıq İstehsalı Assosiasiyasının sədri Fərid Firidunov yeni vəzifəyə təyin olunub.
1xeber.media yurd media-ya istinadlaxəbər verir ki, o, Azərbaycan İnvestisiya Holdinqində (AİH) Sahə üzrə ekspertlər ofisinin direktoru vəzifəsində fəaliyyətə başlayıb.
F.Firidunov 2021-ci ildən bu təyinata qədər “Prime Cotton” şirkətinin Araşdırma və Tədqiqat şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 2019-2021-ci illərdə isə “MKT İstehsalat Kommersiya” MMC-nin “Aqrar Təqdiqat və İnkişaf” üzrə meneceri vəzifəsində işləyib.