Вернуться назад Распечатать

Ukraynanın qərarı qazı kəskin bahalaşdırdı

Avropada birjalarda qazın qiyməti 2023-cü il noyabrın 27-dən bəri ən yüksək səviyyəyə qalxaraq min kubmetr üçün 536 dollar təşkil edib.

1xeber.media xəbər verir ki, bu barədə “London ICE Futures” birjasının dekabrın 31-nə olan məlumatları təsdiqləyir.

Qazın qiymətinin artması 2025-ci il yanvarın 1-dən Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması ilə bağlıdır. Dekabrın 31-i səhər saatlarından etibarən artım 4 faizdən çox olub.

Qeyd edək ki, Ukrayna Rusiya qazının Avropaya tranzitinə dair müqaviləni uzatmaqdan imtina edib və bugündən rus qazının nəqli tam dayandırılıb.