Вернуться назад Распечатать

Bəzi ərazilərdə qaz olmayacaq

Oktyabrın 27-də Şəkinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1xeber.media  xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Şəki şəhərinin, iki qəsəbənin və 30 kəndin qaz təchizatı dayandırılacaq.