Binəqədi rayonunun Biləcəri qəsəbəsində evə daxil olan şəxsin oğurluq cəhdinin qarşısı alınıb.
1xeber.media xəbər verir ki, həyəcan siqnalının işə düşməsi nəticəsində hadisə yerinə yaxınlaşan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları şübhəlini evdə saxlayıblar.
Saxlanılan 1991-ci il təvəllüdlü şəxs barəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin rəqəmsal həyəcan sistemi effektivliyinə görə seçilir. Mühafizəyə cəlb olunan ev, mənzil və obyektlərdə kənar müdaxilə baş verdiyi halda polis 1–5 dəqiqə ərzində hadisə yerinə müdaxilə edir.

















