Вернуться назад Распечатать

Prezidentin şiddətli töhmət verdiyi sədrin 675 min manatlıq alış-verişi-VİDEO

Azərbaycanın turizm potensialı 2026-cı ildə Yaxın Şərqdə təbliğ olunacaq.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 2026-cı il üçün Yaxın Şərq ölkələrində təbliğat xidmətlərinin satın alınması məqsədilə "VATA" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 674.900 AZN məbləğində müqavilə bağlayıb.

1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində silsilə "roadshow" xarakterli B2B tədbirlər, həmçinin Küveyt, Oman, Bəhreyn və Qətərdə işgüzar görüşlər təşkil edilir.