Вернуться назад Распечатать

Polislər bu gün yollarda…-VİDEO

Bu gün Bakıda normadan artıq yağışlı hava şəraiti müşahidə olunub. Yağışlı hava Bakıda Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış gününə təsadüf etsə də, ictimai asayişin fasiləsiz qorunması təmin edilib.

1xeber.media  xəbər verir ki, hava şəraiti səbəbindən əsas güc polislərin üzərinə düşüb.

Belə ki, yağıntı səbəbindən yaranan nəqliyyat sıxlığının aradan qaldırılması, tədbir iştirakçılarının təhlükəsiz və rahat hərəkəti üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparıblar.