Sürətli konkisürmə üzrə Olimpiya çempionu və Dövlət Dumasının deputatı Svetlana Jurova Milli Xokkey Liqasının (NHL) “Vaşinqton Kapitals” klubunun rusiyalı kapitanı Aleksandr Oveçkinə münasibətinə görə Avropanı rusofobiyada ittiham edib.
1xeber.media xəbər verir ki, onun sözlərini Life.ru sitat gətirir.
“Saşa Oveçkin konkret olaraq, qismən emosional olaraq dedi: “Ruslar, biz bunu etdik”.Təəssüf ki, bu, Avropanın xoşuna gəlmir” deyən Jurova, Amerikanın xokkeyçinin sözlərinə normal reaksiya verdiyini qeyd edib.