Azərbaycanda məmur özbaşınalığına qarşı illərlə tədbirlər görülsə də, görünür bəzi kiçik məmurlar hələ də dövlətdən deyil, yalnız kreslosundan güc aldığını düşünür.
Prezidentin sərt xəbərdarlıqları, korrupsiyaya qarşı aparılan əməliyyatlar, vəzifədən çıxarılan, həbsdə çürüyən məmurlar belə bəzi idarə rəhbərlərinə dərs olmayıb. Dövlətin sərvətini qorumağa borclu olanlar həmin sərvətin məhv edilməsində müstəsna rol oynayırlar.
1xeber.media xəbər verir ki,Yenicag.az-a daxil olan məlumata görə, Masallı, Cəlilabad və Yardımlı rayonlarını əhatə edən 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzi ətrafında səslənən iddialar artıq sıradan səhlənkarlıq məsələsi deyil. Belə ki, Göytəpə meşəbəyliyinin 17 saylı meşə dolayında sənədlər üzərində mövcud göstərilən 76 hektar meşə əkini faktiki olaraq yoxa çıxıb. Bu isə sadəcə bir neçə ağacın kəsilməsi deyil – dövlətin təbiət sərvətlərinin göz görə-görə məhv olması deməkdir.

















