1xeber.media xəbər verir ki, Braziliyada prezident seçkilərinin nəticəsindən asılı olmayaraq kütləvi etirazların baş verməsi mümkündür. Bu barədə Braziliyanın Rio-Qrandi-du-Sul Federal Universitetinin politologiya professoru Fabiano Melniçuk “Lenta.ru”ya müsahibəsində bildirib.
Politoloqun sözlərinə görə, ölkədə davam edən siyasi qütbləşmə seçkilərdən sonra etirazların baş verməsi ehtimalını artırır. O qeyd edib ki, səsvermənin nəticəsini əvvəlcədən proqnozlaşdırmaq çətindir.
Melniçukun fikrincə, hazırkı prezident, Solçu Fəhlə Partiyasının nümayəndəsi Lula da Silva ilə sağçı Liberal Partiyanın namizədi Flavio Bolsonaro seçkilərdə qalib gəlmək şansına malikdir.
Ekspert hesab edir ki, Bolsonaronun qələbəsi ölkədə genişmiqyaslı konstitusiya dəyişikliklərinə səbəb ola bilər. Bu dəyişikliklər sırasında prezidentlik müddətinin uzadılması məsələsi də yer ala bilər.
Qeyd edək ki, Braziliyada prezident seçkilərinin ikinci turunun oktyabrın 25-də keçirilməsi nəzərdə tutulur. Siyasi qütbləşmə fonunda seçkilərdən sonrakı vəziyyət ölkənin əsas gündəm mövzularından biri olaraq qalır.















