Naxçıvanda iş istəyən sürücülərin həbs edildiyi iddia olunur
Jurnalist Heydər Oöuzun məlumatına görə,Şərur rayon sakini olan KamAZ sürücüsü, regional rəhbərliyin göstərişi ilə şərlənərək 30 günlük inzibati həbsə məhkum edildiyini və təzyiqlər səbəbindən ölkəni tərk etdiyini irəli sürüb.
Rayonunun Çərçiboğan kənd sakini Raiq Abbasovun sözlərinə görə. O, 20-yə yaxın digər KamAZ sürücüsü ilə birlikdə Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilova iş tapmaq xahişi ilə müraciət etdiklərini bildirib.
Şikayətçinin iddiasına görə, bu müraciətdən dərhal sonra o, şərlənərək barəsində 30 günlük inzibati həbs qərarı çıxarılıb. R.Abbasov cəzasını çəkib qurtardıqdan dərhal sonra təhlükəsizlik baxımından Rusiyaya qaçmaq məcburiyyətində qaldığını vurğulayıb.O, həmçinin qeyd edib ki, Ceyhun Cəlilovun birbaşa təlimatı ilə onun və digər sürücü yoldaşlarının şəxsi mobil telefonları müsadirə olunub və geri qaytarılmayıb.Rəsmi qurumlar susurAzərbaycan qanunvericiliyinə görə, vətəndaşların inzibati qaydada həbs edilməsi və ya əmlakının müsadirə olunması yalnız məhkəmə orqanlarının qanuni qərarları əsasında həyata keçirilə bilər. Hüquq-mühafizə orqanları və ya Naxçıvan Muxtar Respublikasının rəsmi strukturları hələlik sosial şəbəkələrdə paylaşılan bu iddialarla bağlı hər hansı bir təkzib və ya rəsmi açıqlama verməyib
















