Ciddədə ABŞ-Ukrayna danışıqlarından sonra ABŞ Prezidenti Donald Tramp Kiyev hakimiyyətinə hərbi və kəşfiyyat yardımını dərhal bərpa etmək qərarına gəlib.
1xeber.media xəbər verir ki, bunu mətbuat konfransında ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts deyib.
Ciddədə dünən baş tutan danışıqlarda Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul edib.
Ukraynaya hərbi yardımın dayandırılması barədə qərarı Donald Tramp 4 martda vermişdi.