İngiltərə Ukraynaya kömək edir, çünki London ciddi iqtisadi problemlər yaşayır.
1xeber.media xəbər verir ki, Britaniyalı jurnalist Conni Miller bu səbəbi X sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Bunu belə izah edən bir düşüncə məktəbi var. Britaniya iqtisadiyyatı çox çətin vəziyyətdədir. Onların yeganə ümidləri Rusiyanı məğlub etməkdir. "Və qənimətləri talamaq", - o yazıb.
Onun sözlərinə görə, ölkəsini bu qarşıdurmaya sürükləyən Britaniya rəsmiləri hələ də hakimiyyətdədirlər və Ukraynayönümlü kurslarından dönmək fikrində deyillər, çünki onların buna “nə cəsarəti, nə də xarakteri” çatır. “Onlar səhv etdiklərini etiraf etməkdənsə, Avropanın yandığını görməyə üstünlük verirlər” deyə Miller yekunlaşdırıb.